Ölkə

Almaniyalı professor Azərbaycan Tibb Universitetində olub

Metbuat.az

Bakı, 31 mart, Elvira Məmmədova,

AZƏRTAC

Martın 31-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Almaniyanın Şarite Universitet Klinikasının Sümük-əzələ Cərrahlığı Mərkəzinin direktoru, professor Karsten Perka ilə görüş keçirilib.


AZƏRTAC

xəbər verir ki, görüşdə ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov almaniyalı qonağın həyat və fəaliyyəti barədə məlumat verib, onun tibb sahəsində apardığı elmi araşdırmalardan danışıb.


Sonra professor K.Perka sümük-əzələ cərrahlığı haqqında məruzə ilə çıxış edib.