Almaniyalı deputat: "Həmin tüstü Maydanda azadlıq əlaməti idi"
Almaniya KİV-ləri ikili standartlar nümayiş etdirərək Maydan hadisələrini və Frankfurtda baş verənləri fərqli şəkildə işıqlandırıblar.
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Almaniya Bundestaqının deputatı
Hayke Henzeözünün Twitter mikrobloqunda yazıb.
"Bu Blockupy-a qarşı əks təbliğatdır. Kiyev Maydanındakı tüstünü mətbuat azadlıq əlaməti kimi görürdü", - o əlavə edib.
Xatırladaq ki, Almaniyanın Frankfurt-Mayn şəhərində ötən gün səhərdən etibarən etiraz aksiyaları baş verib.
Radikal solçu Blockupy hərəkatının üzvləri ilə polis arasında toqquşmalar baş verib. Bir neçə saat ərzində 350 nəfərə yaxın adam saxlanılıb. Xəsarət alanlar da var.
Aksiyalar zamanı 88 polis yaralanıb.
Aksiyaçılar Frankfurtda Avropa Mərkəzi Bankının mənzil-qərargahının açılmasına etiraz ediblər.
Milli.Az