Dünya

Almaniya XİN başçısı: “Rusiyanın uzunmüddətli təcridinə qarşıyıq”

Metbuat.az

[ 05 Mart 2015 11:59 ]


Bakı – APA. “Ukraynadakı vəziyyətə görə Rusiyanın uzun müddətə təcrid edilməsinə qarşıyıq”.

APA-nın məlumatına görə, bunu “Handelsblatt” nəşrinə müsahibəsində Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer çıxış edib.

“Düşünmürəm ki, Avropa uzun müddət Moskvadan üz döndərəcək. Hətta onilliklər ərzində problemin siyasi həllini axtarmaq məcburiyyətində qalsaq belə, bu münaqişənin həlli üçün əlimizdən gələni etməliyik”, - deyə o vurğulayıb.

Ştanmayer qeyd edib k, sanksiyalar Rusiyanı danışıqlara məcbur etmək üçün lazım idi.