Dünya

Alman pilot terrorçu çıxmadı

Metbuat.az

Almaniya polisi 150 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasını qəsdən törətdiyi bildirilən pilotun evində axtarış aparıb.



ANS PRESS-in xəbərinə görə, buna səbəb Fransa prokurorluğunun yaydığı məlumat olub. Bildirilib ki, pilot Andreas Lubitz guya kabinənin qapısını qəsdən bağlayıb və eniş edərək təyyarənin Alp dağlarına çırpıb.



Lakin Almaniyanın və Fransanın rəsmi şəxsləri açıqlama veriblər ki, A.Lubitzin terrorçu olmasını təsdiqləyəcək dəlil-sübut yoxdur. Onun hərəkətlərini başqa cür yozmaq doğru deyil. Böyüyüb boya-başa çatdığı doğma şəhəri olan Montabaurda pilotu mehriban gənc kimi tanıyırlar.



Qəzanı ikinci pilotun törətməsinə dair açıqlamalardan sonra bir neçə hava şirkəti qaydaları dəyişib. Dəyişikliyə görə, kabinədə həmişə ikinci şəxs ekipaj üzvü olmalıdır. Bu, ABŞ-da məcburidir, Avropada isə belə deyil.



Xatırladaq ki, Almaniyaya aid təyyarə martın 24-də qəzaya uğrayıb.

Mənbə
ANS PRESS