Digər
Allahşükür Paşazadə: “İsrailə qarşı həmrəylik nümayiş etdirə bilməyən ərəb ölkələri Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaratdılar”
[ 30 Mart 2015 14:24 ]
Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Yəməndə baş verən hadisələrə münasibət bildirib.
APA-nın məlumatına görə, A. Paşazadə təəssüflə vurğulayıb ki, ərəb dövlətləri Fələstin məsələsində İsrailə qarşı həmrəylik nümayiş etdirə bilmədilər, amma Ərəb Ölkələri Liqası Yəməndəki müxalif qüvvələrə qarşı koalisiya yaratdı: “Bütün bunlar çox təəssüf ki, məzhəb ayrı-seçkiliyinin əlamətidir”.