AKP parçalanır?
Türkiyənin tarixində ilk dəfə baş nazirin müavini Bülənt Arınç Ədalət və İnkişaf Partiyasının üzvü olan Ankaranın meri Məlik Gokçəki kəskin tənqid edərək, onu şərəfsiz insan adlandırıb.
ANS PRESS-in məlumatına görə, "Sozçu" qəzeti yazıb ki, B.Arınç əvvəl kürd məsələsinin nizama salınması barəsində və hökumətin işinə müdaxilədə yanlış siyasətə yol verdiyi üçün prezident Rəcəb Tayyip Ərdoğanı ittiham edib. Buna görə də Ankaranın meri onun cavabını verib və B.Arınçı istefa verməyə çağırıb.
B.Arınç isə ötən gün bununla əlaqədar ötən gün brifinq keçirib və maraqlı açıqlamalar verib.
M.Gökçək tərəfindən söylənmiş ittihama cavab olaraq Fətullah Gülən hərəkatının üzvü, baş nazirin müavini B.Arınç xatırladıb ki, o, şərəfə layiq deyil: "Məlik Gökçək Ankaranın meri olmaq üçün vaxtilə "gülənçilər"in qucağına atılırdı. İndi Məlik Gökçək oğlunu Türkiyə Böyük Millət Məclisinə deputat seçdirmək üçün dəridən-qabıqdan çıxır. Hər kəs həddini bilməlidir. Mən onsuzda yeni parlament seçkilərindən sonra istefa verəcəm və həyatımı pensiyaçı kimi sürdürəcəyəm."
Mənbə
ANS PRESS