Ölkə
Akdeniz Universitetinin müəllimi Azərbaycan Turizm və Menecment Universitetində beynəlxalq turizm fənnini tədris edib
Bakı, 11 mart,
AZƏRTACMartın 2-dən 8-dək Mövlanə Mübadilə Proqramı çərçivəsində Türkiyənin Akdeniz Universitetinin professoru Beykan Çizel Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) beynəlxalq turizm fənnini tədris edib.
ATMU-dan
AZƏRTAC-a bildirilib ki, türkiyəli professor səfər çərçivəsində bu ali təhsil ocağının müvafiq fənn müəllimləri ilə görüşlər keçirib, paytaxtımızın görməli yerləri ilə tanış olub.