Ölkə

Akademik Mustafa Topçubaşovun 120 illik yubileyi qeyd ediləcək

Metbuat.az

Bakı, 5 mart,

AZƏRTAC

Bu il avqustun 5-də Azərbaycanda tibb elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim, ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsisçilərindən biri, akademik Mustafa Topçubaşovun anadan olmasının 120 ili tamam olur.


AMEA-dan

AZƏRTAC

-a bildiriblər ki, akademik M.Topçubaşovun tibb elminin və respublikada səhiyyənin inkişafında xidmətlərini nəzərə alaraq alimin anadan olmasının 120 illiyinə həsr edilən yubiley yığıncağı və respublika elmi-praktiki konfrans keçiriləcək. Bu barədə qərar AMEA rəyasət heyətinin növbəti iclasında verilib. Akademiyanın Biologiya və Tibb Elmləri Bölməsinə tapşırılıb ki, respublikada dövri mətbuatda, “AMEA-nın Xəbərləri” jurnalında, “Elm” qəzetində alimin həyatı, elmi, ictimai və həkimlik fəaliyyətinə həsr olunan məqalələr dərc etdirilsin.