Dünya

"Airbus A320"un qara qutusu tapıldı

Metbuat.az

Fransanın cənubunda "Airbus A320" sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə birinci “qara qutu” tapılıb.



ANS PRESS-in məlumatına görə, bu barədə Fransa parlamentinin üzvü Kristof Kastane açıqlama verib.



Qeyd edək ki, Almaniyanın Germanwings aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi martın 24-də Alp dağlarında qəzaya uğrayıb.



Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzası nəticəsində 150 nəfər həlak olub. Həlak olanlar arasında 39 türkün da olduğu iddia olunur.

Mənbə
ANS PRESS