Dünya

"Airbus A320" qəzası vaxtı həlak olanların cəsədləri daşınır

Metbuat.az

Axtarış-xilasetmə xidmətlərinin helikopterləri fransız Alpında aviaqəza vaxtı həlak olanların bədənlərinin nəql etməsinə başladı. Bu barədə

Trend

RİA Novosti agentliyinə istinadən məlumat verir.



Agentliyin məlumatına görə, cəsədlərin nəql edilməsi çərşənbə günü başlandı. Daşınmış cəsədlərin sayı haqqında heç bir məlumat verilmir.
Daha əvvəl jandarmeriya Fransanın cənub-şərqində laynerin qəza ərazisində axtarış əməliyyatının dayandırılması haqqında məlumat vermişdi. Xilasedicilər axtarışları cümə axşamı günü də davam etdirəcəklər.
 
Xatırladaq ki, "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 150 nəfər həlak olub. Təyyarədə Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.

Milli.Az