Digər
Milli.Az
Ailəsinə əsəbləşib özünü bıçaqladı
Fuad Qəhrəmanov ailədaxili münaqişə zamanı əsəblərini cilovlaya bilməyib
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Milli.Az-ın
anspress-ə istinadən məlumatına görə, hadisə zamanı Dadaş Bünyadzadə küçəsində yaşayan 35 yaşlı
Fuad Qəhrəmanovbıçaq xəsarətləri ilə qohumları tərəfindən kliniki tibbi mərkəzə çatdırılıb. Qarın nahiyəsindən bıçaq xəsarətləri alan Fuad Qəhrəmanov dərhal əməliyyat olunub. Həkimlər onun həyatını xilas edə biliblər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Fuad Qəhrəmanov özünə bıçaqla xəsarət yetirib. Əməliyyat zamanı məlum olub ki, 35 yaşlı Fuad Qəhrəmanov ailədaxili münaqişə zamanı əsəblərini cilovlaya bilməyib və bıçaqla özünü vurub.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində başlanan araşdırmalar davam etdirilir.
Milli.Az