Ölkə
Ağsuda keçirilən iməcilikdə 400-dək ağac əkilib
Ağsu, 12 mart,
AZƏRTACHeydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonunda fəal iştirak edən Ağsu rayonunun idarə, müəssisə və təşkilatlarının, məktəblərin kollektivləri martın 12-də iməciliyə çıxıblar.
Rayon icra hakimiyyətindən
AZƏRTAC-a bildiriblər ki, iməcilikdə küçə və parklarda, yolların kənarlarında 400-dək müxtəlif növ ağac, əsasən də şam və çinar əkilib.
İməcilikdə, habelə şəhərin bütün ərazisində təmizlik, səliqə-sahman işləri də aparılıb.