Ölkə
AZƏRTAC
Ağsu rayonunun 9 yaşayış məntəqəsi “mavi yanacaq”la təmin olunacaq
Ağsu, 29 mart,
AZƏRTACYararsız vəziyyətdə olan Hacıqabul MQKS-nin Kəndoba qazpaylayıcı stansiyasında aparılan əsaslı təmir işləri başa çatıb.
AZƏRTAC
xəbər verir ki, bu qazpaylayıcı stansiya vastəsilə Ağsu rayonunun 9 yaşayış məntəqəsinə - Kəndoba, Cəlayir, Abasxanlı, Hacıuşağı, Cəfərli, Ağabəyli, Rəhimli, Şahbəyli və Qaradağ kəndlərinə təbii qaz veriləcək.
Qeyd edək ki, Kəndoba qazpaylayıcı stansiyasının əsaslı təmiri regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında Ağsu rayonu üzrə həyata keçrilməsi nəzərdə tutulan tədbirlərə əsasən aparılıb.
Hazırda adıçəkilən yaşayış məntəqələrinin qazlaşdırılmasına başlanılıb.