Ölkə

Ağdaşda dövlət qulluğunda və rəhbər vəzifələrdə çalışan qadınların sayı artıb

Metbuat.az

Ağdaş, 7 mart,

AZƏRTAC

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Ağdaş rayonunda tədbir keçirilib.


AZƏRTAC

xəbər verir ki, bayram tədbirində çıxış edənlər qadınları təbrik edib, onlara işlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ağdaşlı qadınlardan da yan keçməyib. Qadınlar rayonun sosial-iqtisadi inkişafında böyük pay sahibidirlər. Son vaxtlar Ağdaşda dövlət qulluğunda və rəhbər vəzifələrdə çalışan qadınların sayı xeyli artıb. Təhsil, səhiyyə və mədəniyyət ocaqlarında da qadınların sayı çoxluq təşkil edir.


Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi, ictimai-mədəni həyatında, beynəlxalq aləmdə qazanılan uğurlardan danışılıb, bütün bu nailiyyətlərdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında qadınların da fədakar rolu diqqətə çatdırılıb.


Tədbir yerli incəsənət ustalarının iştirakı ilə hazırlanan konsert proqramı ilə davam edib.