Ölkə

Ağcabədidəki hərbi hissələrdə bayram tədbirləri keçirilib

Metbuat.az

Ağcabədi, 17 mart,

AZƏRTAC

Novruz bayramı münasibətilə Ağcabədi rayonu ərazisindəki hərbi hissələrdə bayram tədbirləri keçirilib.


AZƏRTAC

xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri əsgər və zabitlərlə görüşərək, xalqımızın əziz bayramı olan Novruz münasibətilə onları təbrik edib, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıblar.


Çıxışlarda Azərbaycan Silahlı Qüvvələrinin güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi istiqamətində görülən işlərdən bəhs edilib. Əminliklə bildirilib ki, işğal altında olan torpaqlarımız tezliklə azad ediləcək, növbəti Novruz tonqalları doğma Qarabağımızda alovlanacaq.


Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bayramı onlarla bir yerdə keçirdiklərinə görə Ağcabədi ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.


Sonra hərbi hissələrə bayram sovqatı və digər hədiyyələr verilib.


Rayon mədəniyyət və turizm şöbəsinin musiqi kollektivləri tərəfindən hərbi hissələrdə bayram konsertləri təşkil edilib.