Ölkə

Ağcabədidə baharın gəlişi şənliklərlə qeyd olunur

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

İlaxır çərşənbə münasibətilə Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisi Ağcabədi rayonunun bir neçə kəndində bayram şənlikləri təşkil edib.


Mərkəzdən

AZƏRTAC

-a bildiriblər ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirə yüzlərlə məktəbli, uşaq və gənc, kənd ictimaiyyəti qatılıb.


Tədbirlərdə çıxış edən Mərkəzin nümayəndəsi Radə Telmanqızı Azərbaycan xalqının min illər boyu qoruyub saxladığı milli mənəvi dəyərlərin ən gözəl nümunələrindən olan Novruzun hər yerdə böyük sevinc və fərəhlə qarışlandığını vurğulayıb. Bildirilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük qayğı və dəstəyi nəticəsində muğam sənətindən sonra Azərbaycanın aşıq sənəti və Novruz bayramı da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan dövlətinin təşəbbüsü ilə BMT-nin Baş Məclisi martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.


Bayram şənliklərində rayon ağsaqqalları xeyir-dualarını verib, xoş arzularını bildiriblər.


Çıxış edən rayon gəncləri tezliklə bayram şənliklərinin Şuşada, Laçında və digər işğal altında olan rayonlarımızda qeyd edəcəklərinə əminliklərini bildiriblər.


Daha sonra tonqal qalanıb, məktəblilərin ifasında maraqlı səhnələr, şeir və mahnılar, habelə rəqslər və idman nömrələri təqdim olunub.


Tədbirə Novruzun əsas personajlarının - Dədə Qorqud, Bahar qız, Keçəl və Kosanın gəlməsi bayram şənliyini daha yaddaqalan edib.


Şənlik gənclərin müxtəlif yarış və müsabiqələri ilə davam etdirilib.