Ölkə
AZƏRTAC
Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində daha bir ailənin təməli qoyulub
Ağcabədi, 5 mart,
AZƏRTACAğcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran Xocavənd kənd sakini Pərviz Mamedovla İsmayıllı rayonu Tağlabiyan kənd sakini Ramella Mustafazadənin nikah mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Sonra Mərkəzdə nikah aktının imzalanması mərasimi olub. Çıxış edənlər yeni ailə quran gəncləri təbrik edib, onlara ən xoş arzularını bildiriblər.
Evlənən cütlüyə Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən hədiyyələr təqdim olunub.