Digər

Ağ evdə "Nəlbəki" rəqsi (VİDEO)

Metbuat.az

Ağ Evdə Novruz bayramı münasibəti ilə tədbir keçirilib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, tədbir ABŞ prezidenti Barak Obamanaın həyat yoldaşı, birinci xanım Mişel Obamanın təşkilatçılığı ilə baş tutub.



Mərasimdə Novruz bayramını qeyd edən ölkələrin nümayəndələri iştirak ediblər. Folklor qruplar yerli rəqsləri, adət ənənələri təqdim ediblər. Ağ evdə həmçinin Novruz şirniyyatları da təqdim edilib.



M.Obama Novruz mərasiminə ev sahibliyi etməkdən məmnun olduğunu deyib. Birinci xanımın çıxışından sonra isə Azərbaycan musiqisi səslənib. Milli geyimli qızlar "Nəlbəki" rəqsini ifa ediblər.



Mənbə
ANS PRESS