Ölkə

ADU-da YAP gənclər təşkilatının hesabat-seçki yığıncağı

Metbuat.az

Bakı, 6 mart,

AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəb üzrə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon gənclər təşkilatının hesabat-seçki yığıncağı keçirilib


Universitetdən

AZƏRTAC

-a bildiriblər ki, iclasdan əvvəl tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər çiçəklər düzüblər.


Əvvəlcə iclasın gündəliyi təsdiq olunub.


Tədbirdə ADU-nun YAP gənclər təşkilatının sədri Nərgiz Məmmədova Azərbaycanda gənclər siyasətinin inkişafı istiqamətində görülmüş işlərdən, sosial-iqtisadi, elmi-mədəni sahələrdə gənclərin irəliləməsi üçün yaradılmış şəraitdən danışıb. Yeni Azərbaycan Partiyasına birinci kursdan üzv olduğunu deyən N.Məmmədova ölkədə gedən ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini bildirib. O, ulu öndər Heydər Əliyevin həmişə gənclərə böyük etimad göstərdiyini, Azərbaycan gəncliyinə dövlətin diqqət və qayğısının hər zaman hiss olunduğunu söyləyib. Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində gənclərin partiyada sayının günü-gündən artdığı vurğulanıb. Universitet üzrə YAP gənclər təşkilatının gördüyü işlərin hesabatını təqdim edən N.Məmmədova ölkədə keçirilən seçkilərdə gənclərin fəal iştirak etdiklərini diqqətə çatdırıb.


YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ölkədə gənclərin təşəbbüsü ilə keçirilən tədbirlərdən söz açıb. Gənclər tərəfindən irəli sürülən ideyaların, təkliflərin hər zaman dəstəkləndiyini söyləyən sədr bacarıq, təşəbbüs və zəhmətsevərliyi ilə seçilən istedadlı tələbələrin inkişafı üçün ölkədə geniş imkanların olduğunu söyləyib.


ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov, tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev Azərbaycan gənclərinin sosial-ictimai həyatdakı fəal rolundan söz açıblar. Prorektorlar universitetin qadın əməkdaşlarını və tələbə qızları 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.


ADU-nun YAP gənclər təşkilatının sədri vəzifəsinə yenidən Nərgiz Məmmədova seçilib.


Daha sonra səsvermə yolu ilə ADU-nun YAP gənclər təşkilatına üç sədr müavini seçilib, 11 nəfərdən ibarət idarə heyəti təsdiqlənib. Təşkilatın üzvlərindən 50-si rayon konfransında iştirak üçün müəyyənləşdirilib.


Təhsildə qazandıqları uğurlara görə bir qrup tələbəyə YAP Nəsimi rayon təşkilatı tərəfindən diplomlar təqdim olunub.