Mədəniyyət

ADMİU-da “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı ərəfəsində növbəti konsert

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakıda keçiriləcək IV Beynəlxalq Muğam Festivalına həsr olunan silsilə tədbirlər davam edir.


ADMİU-dan

AZƏRTAC

-a bildiriblər ki, universitetdə IV Beynəlxalq Muğam Festivalı ərəfəsində növbəti tədbir “Bayatı-Şiraz” dəsgahına həsr olunub. Universitetin müəllim və tələbələrinin, muğamsevərlərin iştirak etdikləri tədbirdə “Bayatı Şiraz” dəsgahı xalq artisti Simarə İmanova və tələbələrin ifasında səsləndirilib.