Ölkə

ADMİU-da “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı ərəfəsində növbəti konsert

Metbuat.az

Bakı, 4 mart,

AZƏRTAC

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ölkədə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçiriləcək IV Beynəlxalq Muğam Festivalına həsr olunan silsilə tədbirlər davam edir.


ADMİU-dan

AZƏRTAC

-a bildiriblər ki, əməkdar artistlər Teyyub Aslanov, Ruzə İbişova və universitetin muğam sənəti, xalq çalğı alətləri ifaçılığı kafedrasının tələbələrinin iştirakı ilə növbəti konsert “Çahargah” dəsgahına həsr olunub. Ustad xanəndələrin və tələbələrin ifasında zəngin dəsgahın xarakteri tam şəkildə əksini tapıb.


Əvvəlcə Teyyub Aslanov “Çahargah” dəsgahının tarixi, şöbələri barədə ətraflı məlumat verib.


Universitetin müəllim və tələbələrinin, muğamsevərlərin iştirak etdikləri konsertdə səs imkanları, seçilmiş qəzəllər və Hacıbaba Hüseynovun təsnifləri vəhdət təşkil edərək dinləyicilərə təqdim olunub.