Mədəniyyət

ADMİU-da “Bakı-2015” birinci Avropa oyunlarına həsr olunan sərgi açılıb

Metbuat.az

Bakı, 6 mart,

AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bu il ölkəmizdə keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunan müxtəlif tədbirlər təşkil edilir.


ADMİU-dan

AZƏRTAC

-a bildiriblər ki, bu münasibətlə universitetdə tələbələrin qrafika və əl işindən ibarət sərgi açılıb. Sərgidə Avropa Oyunlarında təmsil olunacaq idman növlərinə aid 30-dək iş nümayiş etdirilib.


Avropa Oyunlarınadək davam edəcək sərgi müxtəlif qurumlarda və təhsil ocaqlarında nümayiş olunacaq.