Digər
Mənbə
ANS PRESS
Ac şirlərin şikarı olan fil balası (VİDEO)
Cəsur fil balası "dikbaşlığı"nın qurbanı olub.
ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda görünür ki, fil balası bir neçə şir ilə ölüm-dirim savaşına girişir.
Anasından və sürüsündən ayrı düşən fil balası bir neçə erkək şir və pələng sürüsünə hücum edib. Cəsur fil balası şirlərə "müharibə" elan etsə də, sonradan məğlub olacağını bilib və oradan uzaqlaşmaq istəyib.
Lakin gənc şirlər tələlərinə düşən ovu əldən verməyiblər. Onlar fil balasına hücum ediblər.
Vəhşi yırtıcılar fil balasını bir neçə dəqiqə ərzində ram edərək yerə səriblər. Sonra onlar şikarlarını həvəslə yeyiblər
ANS PRESS yayılmış videonu təqdim edir:
ANS PRESS