Digər

Abşeronda qəzaya düşən maşın yanıb, sürücü xəsərat alıb

Metbuat.az

[ 11 Mart 2015 19:06 ]



Bakı. Hafiz Heydərov - APA. Abşeronda qəzaya düşən maşın yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Abşeron rayonu Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Yanğınla nəticələnən yol qəza hadisəsi nəticəsində sahibi məlum olmayan VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

Bədən xəsarətləri almış sürücü Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya aparılıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.