Ölkə
AZƏRTAC
Abşeronda məktəblilərin əl işlərindən ibarət sərgi keçirilib
Xırdalan, 17 mart, Ətrabə Rzayeva,
AZƏRTACAbşeron rayonunun inzibati mərkəzi - Xırdalan şəhərində yerləşən 1 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə məktəblilərin ənənəvi əl işləri sərgisi keçirilib.
AZƏRTAC
xəbər verir ki, sərgidə biçmə-tikmə, toxuma, rəsm, milli geyimlər, xalçaçılıq sənətini nümayiş etdirən əsərlər, yağlı boya ilə çəkilmiş rəsmlər, milli üslubda bəzədilmiş gəlinciklər, pannolar, təbii güllərdən hazırlanan kompozisiyalar, muncuq və qiymətli daş-qaşlarla hazırlanmış bəzək əşyaları məmulatlarından ibarət 100-dən çox əl işi nümayiş olunub. Bununla yanaşı, sərgi iştirakçılarına kağız məmulatlarından hazırlanan əl işləri də təqdim edilib.