Digər

Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın

Metbuat.az

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsindən 6-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri yanıb.
 
Elektrik kabellərinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb.

Milli.Az