Dünya
ANS PRESS
ABŞ vətəndaşı İrəvanda ölü tapıldı
Amerikalı kişi Ermənistanda dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, ABŞ vətəndaşının cəsədi 23 mart səhər saatlarında aşkarlanıb.
Hadisə ilə bağlı Ermənistan Fövqəladə Hallar və Ərazi İdarəətmə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada deyilir ki, səhər saat 12:11də Şiraz küçəsi ev 12 ünvanında yaşayan sakin qapını açmadığı və telefon zənglərinə cavab vermədiyi barədə siqnal daxıl olub.
Hadisə yerinə gələn xilasedicilər qapını açıb içəri daxil olublar. 64 yaşlı ABŞ vətəndaşı Q.A-nın cansız cəsədi yatağında tapılıb.
MənbəANS PRESS