Dünya

​ABŞ və Ukrayna təmsilçiləri Rusiya və Belarusun hava məkanında müşahidə uçuşu edəcək

Metbuat.az

Bakı. 30 mart. REPORT.AZ/ ABŞ və Ukrayna nümayəndələri "Açıq səma haqda" beynəlxalq müqavilənin gerçəkləşdirilməsi çərçivəsində Rusiya və Belarusun hava məkanında müşahidə uçuşu keçirəcək.


"Report" TSN-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Nüvə təhlükəsizliyinin azaldılması milli mərkəzinin rəisi Sergey Rıjkov bildirib.


"Uçuş martın 30-dan aprelin 4-dək davam edəcək. ABŞ-ın "OS-135V" müşahidə təyyarəsi Rusiya və Belarusun üzərindən uçacaq. Uçuş zamanı təyyarənin göyərtəsindəki mütəxəssislər müşahidə cihazlarının istifadəsini və uçuşların parametrlərini yoxlayacaqlar ", - məlumatda vurğulanıb.


"Açıq səma haqda" müqavilə 1992-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (

ATƏT

) Helsinkidə keçirilən toplantısında 27 iştirakçı-dövlət tərəfindən qəbul edilib. Müqavilənin hədəfi qarşılıqlı anlaşma və etmadın gücləndirilməsidir.


Xatırladaq ki, hazırda bu müqaviləyə 34 dövlət qoşulub.