Dünya

ABŞ Tiflisdəki yeni səfiri Rusiya üzrə ekspert ola bilər

Metbuat.az

ABŞ prezidenti Barak Obama Vaşinqtonun Gürcüstandakı səfiri vəzifəsinə Rusiya üzrə mütəxəssis hesab edilən təcrübəli diplomat Yan Kellini təyin etmək niyyətində olduğunu bildirib.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Yan Kelli hazırda Çikaqodakı İllinoys  ştatının universitetində çalışır. O, 2007-2009-cu illərdə Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosunda Rusiya bölməsinə rəhbərlik edib.  Diplomatik xidmətə keçməzdən əvvəl o 1985-ci ildə Kolumbiya Universitetində rus dilini öyrənib, bir müddət sonra isə Rusiyada və keçmiş SSRİ-nin bir neçə respublikasında, həmçinin Yuqoslaviyada çalışıb.  

Prosedura əsasən, yeni səfiri Senat təsdiqləyir. Kellinin namizədliyi təsdiqlənəcəyi təqdirdə o bu vəzifədə Riçard Norlandı əvəzləyəcək.