Dünya

​ABŞ şirkəti Ukrayna Müdafiə-Sənaye Kompleksinə sərmayə qoyacaq

Metbuat.az

Bakı. 27 mart. REPORT.AZ/ ABŞ-ın aparıcı müdafiə şirkəti Ukrayna Müdafiə-Sənaye Kompleksinin (MSK) inkişafına sərmayə qoyacaq.


"Report" "UNN"ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Ukroboronprom" şirkətinin mətbuat xidməti məumat yayıb.


Xəbərə görə, şirkət rəhbərliyinin ABŞ-a səfəri zamanı uyğun razılaşma əldə edilib.


Şirkətin baş direktoru Roman Romanov bildirib ki, ABŞ-ın təcrübəsi və texnologiyası Ukrayna MSK-da aparılan islahat prosesinin sürətlənməsinə yardım edəcək.