Ölkə

ABŞ səfiri: “Azərbaycanın yaşadığı ağrı-acı, xüsusilə Xocalı faciəsi kimi hadisələr məni çox ağrıdır”

Metbuat.az

[ 11 Mart 2015 13:57 ]


Bakı. Mübariz Aslanov - APA. “Dünyanın heç bir ölkəsi Azərbaycanın yaxın tarixdə məruz qaldığı zorakılıq kimi hallardan sığortalanmayıb”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qafqaz Müsəlmanları İdarəsində (QMİ) sədr Allahşükür Paşazadə ilə keçirdiyi görüş zamanı deyib. O bildirib ki, ABŞ-ın özü də bu cür hallardan sığortalanmayıb: “Ona görə də biz belə halların baş verməməsi üçün birgə çalışmalıyıq”.

R. Sekutanın sözlərinə görə, Azərbaycanın məruz qaldığı hadisələr bir səfir kimi onun üçün çox önəmlidir: “Ölkənin yaşadığı ağrı-acı, xüsusilə Xocalı faciəsi kimi hadisələr məni çox ağrıdır və bu hadisəni mən yaxından öyrənməliyəm. Bu, mənim üçün önəmlidir”.