Digər
ABŞ səfiri: "Azərbaycan hökuməti ilə demokratiya, insan haqları və vətəndaş cəmiyyəti ilə bağlı mütəmadi müzakirələr aparırıq"
“Biz Azərbaycan hökuməti ilə demokratiya, insan haqları və vətəndaş cəmiyyəti ilə bağlı mütəmadi olaraq müzakirələr aparırıq”.
APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Onun sözlərinə görə, bu məsələlər ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Azərbaycana səfəri zamanı da müzakirə edilib: “Xanım Nuland Bakıda səfərdə olarkən hökumətlə vətəndaş cəmiyyəti, insan haqları, demokratiya sahələrində müzakirələrin aparıldığını, işlərin görüldüyünü bildirdi. Hazırda bu istiqamətdə Azərbaycan hökuməti ilə işimizi davam etdiririk”.
Milli.Az
Milli.Az