Ölkə
ABŞ səfiri: “Azərbaycan hökuməti ilə demokratiya, insan haqları və vətəndaş cəmiyyəti ilə bağlı mütəmadi müzakirələr aparırıq”
[ 10 Mart 2015 20:09 ]
Bakı. Məlahət Nəcəfova-APA. “Biz Azərbaycan hökuməti ilə demokratiya, insan haqları və vətəndaş cəmiyyəti ilə bağlı mütəmadi olaraq müzakirələr aparırıq”.
APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Onun sözlərinə görə, bu məsələlər ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Azərbaycana səfəri zamanı da müzakirə edilib: “Xanım Nuland Bakıda səfərdə olarkən hökumətlə vətəndaş cəmiyyəti, insan haqları, demokratiya sahələrində müzakirələrin aparıldığını, işlərin görüldüyünü bildirdi. Hazırda bu istiqamətdə Azərbaycan hökuməti ilə işimizi davam etdiririk”.