Dünya

ABŞ müharibə istəyir (VİDEO)

Metbuat.az

Vaşinqtonda sərt siyasətin tərəfdarları, ilk növbədə Avropada NATO birləşmiş silahlı qüvvələr baş komandanı Filip Bridlav “Moskva ilə münaqişəni qızışdırır”.



ANS PRESS-in məlumatına görə, belə bir iddianı alman həftəlik məcmusu “Der Spiegel” irəli sürüb.



Rəsmi Berlin isə Bridlavın irəli sürdüklərindən narahatdır və onun heç də həmişə baş verənlərlə üst-üstə düşdüyünə inanmır.



Rusiyayönlü Britaniya kanalı RT bu barədə jurnalist Brayan Makdonald ilə maraqlı müsahibə yayıb. Jurnalistin bildirdiyinə görə, ümumiyyətlə Ukraynada baş verənləri izləmək heç də NATO-nun işi deyil və bu məsələdə ATƏT missiyası daha qərəzsiz mənbədir.



Mənbə
ANS PRESS