Dünya

​ABŞ körfəzdə hərbi təlimlər keçirir

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ ABŞ-ın Mərkəzi Komandanlığı İran körfəzində irimiqyaslı hərbi təlim keçirir.


"Report" İRNA-ya istinadən xəbər verir ki, təlimdə ABŞ-ın Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyindəki bazasının 3 min hərbçisi iştirak edir.


Məlumata görə, manevr martın 31-dək sürəcək.


Xəbərdə bildirilib ki, hərbi tədbir İranla bağlı deyil, təlimdə İraq və Suriyadakı İŞİD terrorçularına qarşı mübarizə tapşırıqları yerinə yetiriləcək.