Dünya
ABŞ-ın Yaponiyadakı səfirini ölümlə hədələyiblər
Bakı. 19 mart. REPORT.AZ/ Yaponiya polisi ABŞ-ın ölkədəki səfiri Karolin Kennedi-yə və başqa bir amerikalı diplomata qarşı ölüm hədələrini araşdırır.
"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, ötən ay Birləşmiş Ştatların Tokiodakı səfirliyinə telefonla zəng edən ingilisdilli naməlum şəxs tərəfindən ölüm hədələri edilib. Eyni hədələr Amerikanın Okinavada oturan baş konsulu Alfred Maglebi-yə də edilib.
Qeyd edək ki, K.Kennedi ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qızıdır və Yaponiyaya 2013-cü ildə səfir təyin edilib.