Ölkə

ABŞ-ın “Break of Reality” violençel-rok qrupu Zaqatala musiqisevərlərinin qonağı olub

Metbuat.az

Zaqatala, 15 mart,

AZƏRTAC

ABŞ-ın “Break of Reality” violençel-rok qrupu respublikamızın regionlarına səfər proqramı çərçivəsində martın 15-də Zaqatala şəhərində musiqisevərlərin qonağı olub.


AZƏRTAC

xəbər verir ki, rayon Mədəniyyət Evində təşkil edilən konsertdə əvvəlcə musiqi qrupunun fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, ABŞ-ın Azərbaycandakı səfirliyi ölkələrimiz arasında dostluq və mədəniyyət sahəsində əlaqələri genişləndirmək məqsədi ilə davamlı olaraq proqramlar həyata keçirir. 2003-cü ildə yaradılan “Break of Reality” musiqi qrupu indiyədək Amerikada, eləcə də dünyanın müxtəlif ölkələrində maraqlı konsert proqramları ilə çıxış edib.


Üç violençel ustası və bir zərbçidən ibarət qrupun təqdim etdiyi bir-birindən maraqlı klassik musiqi nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


“Break of Reality” musiqi qrupu növbəti konsertini martın 16-da Şəki şəhərində verəcək.