Dünya
ABŞ hərbçiləri mayın 9-da Moskvada keçiriləcək parada dəvət olunub
[ 19 Mart 2015 15:07 ]
Moskva. Fərid Əkbərov - APA. Rusiya Müdafiə Nazirliyi mayın 9-da Qızıl Meydanda keçiriləcək paradda iştirak etmək üçün ABŞ tərəfinə dəvət məktubu göndərib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Russia Today" kanalının efirində Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov deyib.
"Biz amerikalı həmkarlarımızı mayın 9-da keçiriləcək paradda iştirak etməyə dəvət etmişik. Qərar onlarındır", - deyə A. Antonov bildirib.