Dünya

ABŞ-da Senat üzvü korrupsiyada şübhəli bilinir

Metbuat.az

[ 06 Mart 2015 23:53 ]



Bakı-APA. ABŞ-ın Ədliyyə nazirliyi Nyu-Cersi ştatını təmsil edən Demokrat partiyasının üzvü,  senator Robert Menendesə qarşı cinayət işi açmaq niyyətindədir.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, korrupsiyada şübhəli bilinən senatora yaxın vaxtlarda ittihamın irəli sürüləcəyi gözlənilir.

Qeyd olunur ki, Menendesin nümayəndələri məlumatı şərh etməkdən boyun qaçırıblar.