Dünya

ABŞ-da neft buruğunda partlayış olub, 3 nəfər ölüb

Metbuat.az

[ 11 Mart 2015 21:04 ]



Bakı-APA. ABŞ-ın Renkin şəhəri (Texas ştatı) yaxınlığında neft buruqlarının birində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident “Parsley Energy” şirkətinə məxsus buruqda baş verib.

Hadisənin təfərrüatları və partlayışın səbəbləri hələlik açıqlanmır.