Dünya

ABŞ-da dəhşətli yanğında 7 uşaq öldü - FOTO

Metbuat.az

Amerika Birləşmiş Ştatlarında yaşları 5 ilə 15 arasında olan 7 uşağın faciəvi şəkildə ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.



Anspress

-in məlumatına görə, hadisə Nyu-York şəhərinin Bruklin məhəlləsində, əsasən yəhudilərin yaşadığı Midvud bölgəsində baş verib.



Nyu-York yandından mühafizə briqadasının əməkdaşı Daniel Niqro hadisəni son 7 ildə yanğının səbəb olduğu ən böyük faciə adlandırıb.



Niqro həmçinin yanğına yemək isitmək üçün olan qızdırıcı vasitənin səbəb olduğunu deyib.



Polis rəsmiləri ölən uşaqların qohum olduqlarının güman edildiyini bildirib.



Milli.Az