Dünya

ABŞ-da daha bir atışma: 7 yaralı

Metbuat.az

ABŞ-ın Florida ştatında baş vermiş atışma nəticəsində 7 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Panama Siti Biç şəhərində fərdi evdə təşkil olunmuş əyləncə gecəsində baş verib.

Ölənlər barədə məlumat verilmir, lakin azı 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Atəş açan şəxs saxlanılıb. Hadisənin səbəbləri açıqlanmır.