Dünya
ANS PRESS
ABŞ-a gedənlərə xəbərdarlıq edildi
ABŞ bütün dünyada olan səfirliklər və konsulluqlar tərəfindən vizaların verilməsində mövcud olan ləngimələr barəsində xəbərdarlıq edib.
ANS PRESS-in məlumatına görə, ABŞ hökuməti bildirib ki, səfirlik və konsulluqlarda aparılan profilaktik işlərlə əlaqədar texniki problemlər yaranıb. Bu isə vizaların verilməsində ləngimələrə səbəb olub.
Qeyd edək ki, bu xəbərdarlıq Azərbycana da şamil edilir. Elə bir müddət əvvəl də ABŞ Azərbaycanda da vizaların verilməsi prosesi dayandırıb.
Bildirilir ki, problem qlobal xarakter daşıyır və buna səbəb ABŞ-ın pasport-viza sistemində yaranan texniki nasazlıqdır.
MənbəANS PRESS