Digər
Milli.Az
"ABC-Telecom" MMC barədə də iş qaldırıldı
Son günlərdə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə “ABC-Telecom” MMC tərəfindən məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə çoxsaylı vətəndaş müraciətləri daxil olub.
Nazirliyin mətbuat xidmətindən
Trend-ə verilən məlumata görə, bununla əlaqədar Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı “ABC-Telecom” MMC tərəfindən satılan məişət avadanlıqlarının və mobil telefonların qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu aşkar edilib.
“ABC-Telecom” barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Milli.Az