Ölkə

9 yaşlı uşaq kanalda batdı

Metbuat.az

Cəlilabad rayonunun Uzuntəpə kəndində kanalda 2006-ci il təvəllüdlü Xəqani Kamil oğlu Həsənov batıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunubvə axtarışlara başlayıb.

Xəqani Həsənovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.