8 yaşlı “1news.az” (VİDEO)
Azərbaycanın kütləvi informasiya vasitələri arasında xüsusi çəkisi olan “1news.az” saytının isə bu gün yaranma günüdür.
Bu gün “1news.az” informasiya agentliyinin fəaliyyətə başlamasından 8 il ötür. Jurnalistika sahəsinində sözünü demiş jurnalistlər və gənc əməkdaşlardan ibarət kollektivi ad günündə də iş başında gördük.
8 il ərzində daha çox rusdilli auditoriyanı informasiya ilə təmin edən “1news.az” ölkənin kütləvi informasiya vasitələri arasında özünəməxsus yer tutur.
“1news.az” agentliyinin müxbiri Ramin Abdullayev: “Bizim agentlik digərlərindən fərqlənir. Belə ki, agentlik rusdilli auditoriyanı informasiya ilə təmin edir. “1news.az” informasiya agentliyi öz fəaliyyətində peşəkarlıq və məsuliyyət kimi prinsipləri əsas götürür. Hesab edirəm ki, artıq bu illər ərzində özünə layiqli yer tutub”.
“1news.az” Ermənistanla informasiya müharibəsində də qabaqcıl saytlardandır. Ölkədə və dünyada baş verən hadisələrlə yanaşı burda düşmən ölkənin qarayaxmalarına obyektiv araşdırmalarla cavab verilir. 8 il ərzində böyük uğurlara imza atan həmkarlarımızı biz də ANS adından təbrik edirik.
8 yaşınız mübarək!
ANS TV: Ayşəm Rüstəmova