Sosial

8 Martda qadınlar bir-birini döydülər

Metbuat.az

Martın 8-i Beynəlxalq Qadınlar Günündə bir neçə qadın şiddətə məruz qalıb. Lakin bu dəfə qadını döyən elə həmcinsi olub.



“Qafqazinfo”

nun verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.



Martın 8-də Ü.Bünyadzadə küçəsində yerləşən qadın salonunda Bakı şəhər sakinləri, 1987-ci il təvəllüdlü

Aynurə Aslanova

və 1968-ci il təvəllüdlü

Ziyadə Paşayeva

mübahisə ediblər. Söz davası qadınların bir-birini döyməsi ilə nəticələnib. Sonda A.Aslanova Z.Paşayevanı itələyərək yerə yıxıb.



Milli.Az