8 Mart gününün intiharları: bayram yeməyi boğazdan ötmədi
Azərbaycanda iki nəfər intihara cəhd edib
8 Mart Beynəlxalq Qadınlar Bayramında Bakının Sabunçu rayonunda 30 yaşlı kişi özünü doğrayıb.
Hüquq-mühafizə orqanlarından
anspress-ə verilən məlumata görə, günorta saatlarında kişi damarlarını kəsib.
Kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı məlum olub ki, özünü öldürməyə cəhd edən T.Q. imkansızlıq üzündən belə addım atıb. Onun banklara külli miqdarda borcu olub. Borcunu ödəyə bilməyib. Üstəlik, pulu dollarla alındığı üçün məbləğin daha da şişməsi onun maddi durumunu daha da ağırlaşdırıb. Bu səbəbdən də, o, özünü öldürmək istəyib.
Qeyd edək ki, elə həmin gün Kürdəmir rayonunda buna oxşar hadisə baş verib. Axşam saatlarında 23 yaşlı qadın qolundakı damarları kəsib.
Qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlər qadının həyatını xilas edə biliblər.
Bildirilir ki, qadın axşam saatlarında bayram süfrəsi hazırlayıb. Süfrə başında həyat yoldaşı ilə səbəbi bilinməyən məsələ üstündə mübahisə edib. Mübahisədən əsəbləşən qadın özünü öldürməyə cəhd edib.
Milli.Az