Digər
Kadınlar Günü'nde kadın futbolculara şiddet by cumhuriyet Mənbə
ANS PRESS
8 mart günü qadınları belə döydülər (VİDEO)
Türkiyədə qadınlar arasında keçirilən matçda dava düşüb.
ANS PRESS-in məlumatına görə, hadisə TFF Qadınlar 1-ci Liqasında "Qazikentspor" - "Adana İdmanyurdu" arasında baş tutan matçda baş verib.
Liqada qalmaq üçün mübarizə aparan "Qazikentspor" liqanın 17-ci həftəsində "Adana İdmanyurdu"nu qonaq edib.
Qarşılaşmanın 80-ci dəqiqəsində "Qazikentspor" lehinə çıxan qırmızı kartdan sonra iki komanda oyunçuları arasında mübahisə başlayıb. Tribunadakı tərəfdarların meydançaya girməsindən sonra mübahisə davaya çevrilib.
Dava zamanı "Qazikentspor"un 5, "Adana İdmanyurdu"nun isə 4 idmançısı yaralanıb. Yaralı qadınların sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.
Kadınlar Günü'nde kadın futbolculara şiddet by cumhuriyet Mənbə
ANS PRESS