Dünya
Mənbə
ANS PRESS
7,6 ballıq zəlzələ: sunami xəbərdarlığı
Yeni Qvineyanın Papua sahillərində 7,6 bal gücündə zəlzələ qeydə alınıb.
ANS PRESS-in "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla 9.48 radələrində Taron şəhərindən 45 kilometr cənub-qərbdə qeydə alınıb.
Zəlzələnin episentri yerin 33 kilometr dərinliyində olub.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.
Sakit okean mərkəzli sunami olacağı barədə xəbərdarlıq olunub.
Mənbə
ANS PRESS